Modern.az

KTMT Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı - BƏYANAT

KTMT Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı - BƏYANAT

Aktual

27 Noyabr 2025, 13:36

Bişkekdə keçirilən sammitdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistan arasında tezliklə şərtsiz sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bəyan edib.

Modern.az xəbər verir ki, təşkilatın qəbul etdiyi yekun Bəyanatda deyilir:

“Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanma və tezliklə şərtsiz sülh müqaviləsinin bağlanması tərəfdarıyıq".

KTMT rəhbərliyi regionda davamlı sabitlik və uzunmüddətli əməkdaşlıq üçün Bakı–İrəvan danışıqlarının sürətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı