Modern.az

Müəllimlərin attestasiyasının vaxtı AÇIQLANDI

Müəllimlərin attestasiyasının vaxtı AÇIQLANDI

Mədəniyyət

27 Noyabr 2025, 14:56

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə növbəti attestasiya 2020-cı ilin fevral ayında keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov sosial şəbəkədə ona ünvanlanan suala cavab olaraq bildirib.

Budəfəki attestasiya regionlardakı musiqi və incəsənət məktəblərini əhatə edəcək.

Xatırladaq ki, 2025-ci il üzrə nəzərdə tutulan attestasiya prosesi iyulun 1-də başa çatıb. Builki attestasiya Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarındakı təhsil ocaqlarını əhatə edib.

Fevralın 28-də başlayan və iyulun 1-də başa çatan mərhələli prosesdə müxtəlif ixtisaslar üzrə ümumilikdə 4100-dək müəllimin bilik və təcrübəsi qiymətləndirilib. Attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.

2026-cı ildə ölkənin bütün regionları üzrə Mədəniyyət Nazirliyi sistemindəki təhsil ocaqlarında çalışan müəllimlərin attestasiyası başa çatdırılacaq.

A.Qorxmaz
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?