Roma Papası XIV Leo Türkiyədə səfərdədir.
Modern.az xəbər verir ki, Roma Papasının təyyarəsi Ankaraya enib.
Papa əvvəlcə Anıtkabiri ziyarət edəcək, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qəbul ediləcək.
Səfər çərçivəsində İstanbulda müxtəlif görüşlər və ayinlərin keçirilməsi planlaşdırılıb.
Roma Papasının Patriarx Varfolomey ilə görüşü olacaq. Onlar birgə bəyannamə imzalayacaq və İznikdə I İznik Şurasının 1700 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəklər.
Səfər çərçivəsində ekumenik dialoq, dini tolerantlıq və regiondakı sülh və əməkdaşlıq mövzularında görüşlər də keçiriləcək.