Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol “Əfsanə günlər” kampaniyasına başlayır.
Modern.az xəbər verir ki, 27 noyabr-2 dekabr tarixlərini əhatə edəcək kampaniya müddətində məişət texnikası, ev və mətbəx ləvazimatları, geyim, kosmetika və baxım məhsulları da daxil olmaqla, 1500-dən çox kateqoriyada alış-veriş daha sərfəli olacaq.
“Trendyol”un Azərbaycandakı istifadəçiləri “Əfsanə günlər” müddətində NOYABR20 kodu ilə 20% endirim əldə edəcəklər. Həmçinin, müxtəlif mağazalar kampaniya günlərində mağazaya özəl xüsusi endirimlər, 20%, 30% və 40%-lik kuponlar və səbətə özəl endirimlər təqdim edəcək.
“Əfsanə günlər”in fürsətləri bununla bitmir. “Ultra Çarx”, “Paylaş-Qazan” və digər interaktiv aksiyalar da müştərilərə əlavə kuponlar və bonuslar qazandıracaq.
Kampaniya müddətində Trendyol istifadəçiləri daha rahat ödəmə üsullarından yararlana biləcəklər. “Birbank” taksit kartı sahibləri ödəmələrini 2, 3, 6 hissəyə bölməklə və ya “İndi al, sonra ödə” imkanından istifadə etməklə həyata keçirə bilərlər.