Modern.az

Gürcüstanda Azərbaycan yük maşınlarının saxlanılmasının siyasi səbəbi varmı...

Gürcüstanda Azərbaycan yük maşınlarının saxlanılmasının siyasi səbəbi varmı...

Aktual

28 Noyabr 2025, 11:02

Azərbaycana məxsus tütün məmulatları daşıyan yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyi Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan yük avtomobilləri (TIR) ilə bağlı məsələnin qısa zamanda həll olunacağını bildirib.

Səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Bir sıra ekspertlər məsələyə siyasi tərəfdən baxır.

Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentləraarası İşçi Qrupunun sədri Arzu Nağıyev isə Modern.az-a açıqlamasında məsələnin heç bir siyasi tərəfinin olmadığını bildirib:

“Hər iki səfirliklə əlaqə saxlanılıb. Səfirliklər ortada hər hansı siyasi məsələnin olmasını inkar edir. Qeyd edirlər ki, yoxlama prosedurları uzun çəkidyinə görə, belə bir mənzərə yaranıb. Məsələ tezliklə həllini tapacaq. Qeyd etmək lazımdır ki, Gürcüstanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Bu baxımdan hər hansı siyasi problemin olması qeyri-mümkündür”.

A.Nağıyev yoxlama prosesinin uzanması ilə bağlı isə bunları deyib:

“Maşınlarda daşınan məhsullar tütün məmulatları - siqaret və sair olmayıb. Daşınan məhsul xammal formasında olubdur. Məhz son günlər narkotik vasitələrinin qaçaqmalçılığı əleyhinə aparılan mübarizə gücləndiyindən məsələyə daha diqqətlə yanaşılır. Lakin hazırda heç bir problem yoxdur. Hər iki dövlətin səfirlikləri, gömrük orqanları, sərhəd qoşunları bütün proseslərə nəzarət edirlər. Yəqin ki, yaxın vaxtlarda maşınlar gömrükdən buraxılacaqlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı