Modern.az

ABŞ-da güclü ZƏLZƏLƏ

ABŞ-da güclü ZƏLZƏLƏ

Dünya

16 Yanvar 2026, 08:34

ABŞ-nin Oreqon ştatının sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kus Bay şəhərindən 309 km qərbdə yerləşib. Yeraltı təkanların ocağı 7,1 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü