Modern.az

Bu su kanalının ətrafında yaşayanlara kompensasiya ÖDƏNİLƏCƏK

Bu su kanalının ətrafında yaşayanlara kompensasiya ÖDƏNİLƏCƏK

Aktual

28 Noyabr 2025, 15:20

Ağdaş rayonunda 514 ədəd torpaq sahəsi Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində qiymətləndiriləcək.

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

Söhbət xüsusi mülkiyyətdə olan 400 və bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsindən gedir. Tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinin zərəri kompensasiya ediləcək.

Bundan başqa, Ağdaşda 32 tikili və 71 496 ədəd ağac qiymətləndiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"