Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi tərəfindən təşkil olunan Sabah İncəsət Festivalı çərçivəsində “Yay gecəsində yuxu” adlı tamaşa Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunub. Tədbir Gəncə Dövlət Universitetinin dəstəyi ilə baş tutub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti ixtisasının tələbələri Vilyam Şekspirin məşhur əsəri əsasında hazırladıqları tamaşa ilə səhnədə çıxış ediblər. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda millət vəkili, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək SABAH İncəsənət Festivalı çərçivəsində həyata keçirilən tədbirlərin incəsənət mühitinin canlandırılması, teatr sənətinin inkişafı, teatr mədəniyyətinin formalaşdırılması, həmçinin yaradıcı gənclərin dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.