Modern.az

Sumqayıtda silah-sursat tapıldı

Sumqayıtda silah-sursat tapıldı

Aktual

13 Yanvar 2026, 16:52

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

Modern.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli "İJ-17" markalı tək lüləli ov tüfəngi tapılıb.

Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən "Baykal" markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib.

Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi