Modern.az

Masazırda qadının pul kisəsi oğurlandı

Masazırda qadının pul kisəsi oğurlandı

Aktual

1 Dekabr 2025, 14:56

Abşeron rayonunda soyğunçuluq hadisəsi olub.

Modern.az-ın məlumatına görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs Masazır qəsəbəsi ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 1800 manat olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qarayevi müəyyən edərək saxlayıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Xırdalan şəhər sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, keçmişdə də məhkum edilmiş 35 yaşlı R.Abbasov da tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu