Modern.az

Ərdoğan İrana gedəcək

Ərdoğan İrana gedəcək

Dünya

1 Dekabr 2025, 15:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək.

Modern.az-ın "Mehr"ə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə Prezidentinin Tehrana səfərinin tarixinin müəyyənləşdirilməsi üzərində iş gedir:

"Səfər prinsip etibarilə razılaşdırılıb. Həmkarlarım səfərin dəqiq tarixini müzakirə edirlər".

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bir gün əvvəl Tehrana səfər edib. O, iranlı həmkarı Abbas Əraqçi, ölkənin parlament sədri Məhəmməd Baqir Qalibaf və Prezidenti Məsud Pezeşkian ilə danışıqlar aparıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV