Avropa Birliyi TRIPP layihəsində (Zəngəzur dəhlizi) mümkün iştirakla bağlı ABŞ, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır.
Modern.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Genişlənmə üzrə komissarı Marta Kos bildirib.
O qeyd edib ki, Avropa Birliyinin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələri davam etdirir.
“Layihə dəmir yolunun bir hissəsini əhatə etdiyi üçün ABŞ-ın iştirakı xüsusilə vacibdir”, - Marta Kos deyib