Modern.az

Cenk Tosun Azərbaycanda oynamaq istəyir

Cenk Tosun Azərbaycanda oynamaq istəyir

İdman

16 Yanvar 2026, 18:55

Türkiyə millisinin üzvü Cenk Tosun Azərbaycanda oynamaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında 34 yaşlı hücumçu deyib. O, Azərbaycandan gələcək təkliflərə müsbət baxacağını bildirib: “Kasımpaşa” klubu ilə mövsümün sonunadək anlaşmışam. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirəm”.

 

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin “Ayntraxt”, Türkiyənin “Qaziantepspor”, İngiltərənin “Everton” və “Kristal Pelas” klublarının da formasını geyinib. Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub. O, son olaraq “Fənərbağça”nın şərəfini qoruyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...