Modern.az

Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı

Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı

Aktual

2 Dekabr 2025, 23:48

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı aparılıb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Qambiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov həmkarını xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

 

Tərəflər Azərbaycan və Qambiya arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini, Qambiyanın İƏT-də sədrliyi və ölkəmizin qarşıdan gələn sədrliyi üzrə prioritetləri müzakirə ediblər.

 

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər nəzərdən keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?