Modern.az

Binəqədiyə işığın verilməsi DAYANDIRILACAQ

Binəqədiyə işığın verilməsi DAYANDIRILACAQ

Aktual

3 Dekabr 2025, 09:10

Bu gün Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı