Xaçmaz rayonunda mopeddən yıxılan 48 yaşlı kişi xəstəxanada ölüb.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Maqsudkənd kəndinin ərazisində baş verib.
Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Həsrət Qüdrət oğlu Aşurov noyabrın 24-də idarə etdiyi “Minks” markalı mopeddən yıxılıb.
Xəstəxanaya yerləşdirilən H.Aşurov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.