Modern.az

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir - YENİ QƏRAR

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir - YENİ QƏRAR

Aktual

4 Dekabr 2025, 08:11

"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli – "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in "c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular” yarımbəndinin "Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular” sütununun "Boy (sm-lə)” sətrinin 17-ci qrafasında "170” rəqəmləri "160” rəqəmləri ilə əvəz edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada