Modern.az

Taksi sürücülərinin imtahanı bu tarixdə olacaq

Taksi sürücülərinin imtahanı bu tarixdə olacaq

Aktual

5 Dekabr 2025, 10:13

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 9 dekabr tarixində imtahan keçirəcək.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

İmtahanda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Sizə yeni x var
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi