Modern.az

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

Media

5 Dekabr 2025, 10:41

Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi”, “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” və digər mövzular müzakirə olunacaq.

Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!