Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsində həyata keçirdiyi geniş və məqsədyönlü proqramları xüsusi qeyd etmək istəyirəm. Bu proqramlar bizim ictimai institutlarımızın, cəmiyyətimizin, vətəndaşlarımızın inkişafı üçün mühüm yol xəritəsini ortaya qoyur.
Hazırda cənab Prezidentin proqram xarakterli çıxışları və orada əks olunan müddəalar ölkəmizin gələcək inkişaf istiqamətləri baxımından son dərəcə önəmlidir. Bu müddəalar əsasən üç əsas istiqaməti əhatə edir,- Dünya və ölkəmiz üçün strateji əhəmiyyətə malik çağırışlara cavab vermək, lkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirmək və yeni inkişaf mərhələsinə keçid, ümumilikdə siyasi-ideoloji sahədə yeni vəzifələrin müəyyən edilməsi
Modern.az-ın məlumatına görə, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda AMEA-nın Prezidenti İsa Həbibbəyli deyib.
AMEA-nın Prezidenti vurğulayıb ki, Prezidentin süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, akademik əməkdaşlıq, geoloji və təşkilati islahatlar sahəsində dedikləri ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir.
“Qeyd etmək istəyirəm ki, artıq ölkəmizin birinci və ikinci mərhələli prioritetləri üzrə dövlət səviyyəsində konkret hazırlıq işləri başlanılıb. Bu sırada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaratdığı Süni İntellekt Akademiyasını, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə qurulan innovasiya mərkəzlərini, beynəlxalq elm müsabiqələrini, Mədəniyyət Nazirliyinin təşkil etdiyi yaradıcılıq festivallarını və digər mühüm təşəbbüsləri qeyd etmək olar”.
“Hazırda AMEA-da hazırlanan 15 cildlik Azərbaycan tarixinin hazırlanmasında Prezidentin çıxışı əsas konsepsiya olaraq götürülür” .
Onun sözlərinə görə, Prezidentin AMEA-dakı nitqi cəmiyyətin müxtəlif təbəqələrini dərindən düşündürən vacib məsələlərdir.
“Bu eyni zamanda aidiyyəti şəxslər qarşısında mühüm vəzifələr qoyur”- deyə o qeyd edib.