Modern.az

Televiziya verilişlərində vəziyyət qənəatəbəxş deyil

Televiziya verilişlərində vəziyyət qənəatəbəxş deyil

Aktual

8 Dekabr 2025, 12:33

Audivizual Şura televiziya və radiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını tamamilə alıb.

Modern.az-ın məlumatına görə, bunu Audivizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

Onun sözlərinə görə, əvvəllər belə deyildi. “Əvvəllər tez-tez rekalm çarxlarında əcnəbi sözlərə rast gəlinirdi”.

İsmət Səttarov verilişlərdə vəziyyətin qənəatəbəxş olmadığını bildirib.

“Çünki verilişlərin monitorinqi məsələsi var. Hansı ki gün ərzində 800 saatlıq efirə 6 əməkdaş baxır. Lakin Prezidentin çıxışından sonra biz yenidən bu məsələyə baxdıq və süni intellektdən istifadəyə qərar verdik. Haradasa 40 əcnəbi sözü proqrama daxil etdik və süni intellektə bu istiqamətdə əmr verdik. Hazırda bu layihə test mərhələsindədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ