Modern.az

Ordubadda 9 sm-dən çox qar yağıb

Ordubadda 9 sm-dən çox qar yağıb

Aktual

8 Dekabr 2025, 13:28

Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 mm olub.

Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 sm-i keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK