Modern.az

Ermənistanda zabit öldü

Ermənistanda zabit öldü

Aktual

8 Dekabr 2025, 15:52

Ermənistanın Vardenis şəhərində (Geqarkunik vilayəti) bir erməni zabit bədbəxt hadisə nəticəsində ölüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi hadisənin zabitin xidməti ilə əlaqəli olmadığını bildirib.

“Hraparak”ın məlumatına görə, zabit bir gün əvvəl dəm qazından zəhərlənərək ölüb. Müstəntiqlər 26 yaşlı hərbçinin cəsədini yaşadığı evdə tapıblar. Cəsəddə heç bir zorakılıq əlaməti aşkar edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır