Modern.az

Dövlət xərclərinin 7 əsas prioriteti - Baş nazir AÇIQLADI

Dövlət xərclərinin 7 əsas prioriteti - Baş nazir AÇIQLADI

Aktual

9 Dekabr 2025, 11:49

Baş nazir Əli Əsədov dövlət xərclərinin əsas prioritetlərini qeyd edib. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında büdcə müzakirəlrəi zamanı Baş nazir Əli Əsədov bildirib.

“2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
1.    Dayanıqlı iqtisadi artımın dəstəklənməsi; 
2.    İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

3.    Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
4.    Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;

5.    Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
6.    Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

7.    Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması”.  


Ə. Əsədov qeyd edib ki, 2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir. 
Makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5.0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur.  

“Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olmuşdur. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilmişdir. 
Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. Əgər Strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft  sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcəkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək