Modern.az

FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat aldı

Aktual

9 Dekabr 2025, 15:18

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Modern.az xəbər verir ki, o, "Frayburq" - "Zaltsburq" matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır