Modern.az

Çexiyada yeni Baş nazir təyin edildi

Çexiyada yeni Baş nazir təyin edildi

Aktual

9 Dekabr 2025, 15:58

Çexiya prezidenti Petr Pavel "Narazı Vətəndaşlar Hərəkatı" partiyasının lideri Andrey Babişi baş nazir təyin edib.

Modern.az Qərb mediasına istinadən xəbər verir ki, Babiş 200 yerlik parlamentdə 108 yer qazanan "Narazı Vətəndaşlar Hərəkatı", "Azadlıq və Birbaşa Demokratiya" və "Birləşmiş Avtomobilçilər" partiyalarından ibarət koalisiya hökumətinə rəhbərlik edəcək.

2025-ci ilin oktyabr seçkilərində partiya səslərin təxminən 35%-ni qazandı. Heç bir partiya səs çoxluğu (50% üstəgəl bir səs) əldə edə bilməyib.

Seçki kampaniyası zamanı "Narazı Vətəndaşlar Hərəkatı" Ukraynaya silah satışını dayandıracağına söz verib və Çexiyanın müdafiə büdcəsini artırmaq planlarına qarşı çıxıb. Partiya həmçinin Aİ üzv dövlətləri arasında miqrantların qəbulu üçün həmrəylik sisteminə qarşı çıxıb.

Babişin 71 yaşı var. O, 2017-ci ildən 2021-ci ilə qədər Baş nazir vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı