Modern.az

Gəncə Dövlət Universitetində müsabiqənin final mərhələsi keçirilib

Gəncə Dövlət Universitetində müsabiqənin final mərhələsi keçirilib

Aktual

9 Dekabr 2025, 15:14

Gəncə Dövlət Universitetində İnnovasiyalar Departamentinin təşəbbüsü ilə təşkil olunan “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib.

Modern.az xəbər verir ki, universitetin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək gənclərin və akademik heyətin yenilikçi baxışları, ideyaları və istedadlarının aşkara çıxarılması üçün belə müsabiqələrin rolundan danışıb və müsabiqənin işinə uğurlar arzulayıb.

Final mərhələnin birinci hissəsində müsabiqə haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, “Yeni bir fikrim var 2” müsabiqəsinə ilkin mərhələdə professor-müəllim heyəti və tələbələr tərəfindən çoxsaylı müraciət olunub. İlkin mərhələdə müraciətlər rektorluğun əmri ilə yaradılmış müstəqil ekspertlərdən ibarət Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirlib və 38 ideya arasından  tələbələrdən ibarət 6 komanda və  professor-müəllim heyətindən ibarət 6 komanda finala vəsiqə qazanıb. Seçilmiş komandalar növbəti mərhələdə öz ideyalarını daha da təkmilləşdiriblər və finalda təqdim etmək üçün hazırlayıblar.

Çıxışlar yekunlaşdıqdan sonra final mərhələyə vəsiqə qazanmış iştirakçılar müstəqil ekspertlərdən ibarət Qiymətləndirmə Komissiya qarşısında təqdimatla çıxış ediblər. Müxtəlif meyarlar əsasında Komissiya tərəfindən qiymətləndirmə nəticəsində akademik-inzibati heyət tərəfindən təqdim olunmuş “Balaca səslər, böyük qəlblər” adlı layihə 1-ci yer, “Retroart-Köhnədən yeniyə” adlı layihə 2-ci yer, “DiaLux-Diyetik inqridiyentlərlə hazırlanan şirniyat” adlı layihə isə 3-cü yerə layiq görülüb.  Final mərhələdə iştirak hüququ qazanmış tələbələr arasından təqdim edilən “Fructadrop” adlı layihə 1-ci yer, “SADA” adlı layihə 2-ci yer və “GrandCloud” adlı layihə isə 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, rektorun müvafiq əmrinə əsasən universitet Elmi Şurasının qərarı əsasında qaliblərə akademik-inzibati heyət üçün:  I yer 800 AZN, II yer 600 AZN, III yerə 400 AZN pul mükafatı nəzərdə tutulub. Tələbələr üçün isə bu məbləğ I yerə 700 AZN, II yerə 500 AZN, III yerə isə 300 AZN müəyyən olunub.

Sonda “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış bütün iştirakçılara universitetin rektoru Yusif Yusibov tərəfindən imzalanmış Sertifikatlar təqdim edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır