Modern.az

Həmkarlar İttifaqları Konfederasiyasının Qurultayı keçirilir

Həmkarlar İttifaqları Konfederasiyasının Qurultayı keçirilir

Aktual

16 Dekabr 2025, 10:24

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə AHİK-in rəhbər heyəti və nümayəndələri, nazirlər, bir sıra dövlət qurumlarının nümayəndələri, deputatlar, ölkənin siyasi-ictimai xadimləri və xarici qonaqlar iştirak edirlər.

Qurultayda hesabat məruzələrinin dinlənilməsi, gündəlikdə duran məsələlərin müzakirəsi və bir sıra qərarların qəbul edilməsi nəzərdə tutulur.

Qurultayın gündəliyinə AHİK-in 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş Komissiyasının hesabatı, yeni nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV