Modern.az

Bakıda yağan yağış azyaşlını xəstəxanalıq etdi

Bakıda yağan yağış azyaşlını xəstəxanalıq etdi

Aktual

10 Dekabr 2025, 23:02

Artıq bir neçə gündür ki, Azərbaycanda davam edən yağıntılı hava paytaxtın həyatını iflic edib. Bu gün Bakıda güclü leysan nəticəsində yolları su basıb, bir çox qəsəbələrdə hərəkət tam çətinləşib. Sakinlər evlərindən çıxmaqda belə çətinlik çəkdiklərini bildirirlər.

Modern.az xəbər verir ki, xüsusilə Türkan qəsəbəsində vəziyyət acınacaqlıdır. Qısa müddətdə yağan yağış qəsəbəni sözün əsl mənasında su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanaya aparılıb.

Sakinlər vəziyyətin hər il təkrarlanmasından narazıdır. Onların sözlərinə görə, yağış yağan kimi qəsəbə keçilməz olur, yollar suya qərq edilir, evlərə dolan sular isə ciddi fəsadlar yaradır. (Mənbə: Müsavat)

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -