Modern.az

Bəylər Eyyubovun general qardaşı oğlu təqaüdə göndərildi

Bəylər Eyyubovun general qardaşı oğlu təqaüdə göndərildi

Aktual

15 Dekabr 2025, 20:53

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. 

Modern.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib. 

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur. (Mənbə: unikal)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır