Modern.az

Bakıda evdən 12 min manat oğurlandı

Bakıda evdən 12 min manat oğurlandı

Aktual

16 Dekabr 2025, 14:00

Bakıda evdən 12 400 manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az verilən məlumata görə, Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.

Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır