Modern.az

Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO

Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO

Aktual

16 Dekabr 2025, 14:04

Dekabrın 16-da Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə keçmiş məcburi köçkünlərin növbəti  köçü olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu mərhələdə ümumilikdə 85 nəfərdən ibarət 20 ailə doğma yurduna dönüb.

Ailələrdən 10-u, yəni 41 nəfəri Seyidbəyli kəndində, digər 10 ailə, 44 nəfər isə Təzəbinə kəndində yeni bərpa edilən yaşayış evləri ilə təmin olunub.

Mənzillərin açarlarının təqdimatında çıxış edən Azərbaycan Respublikası Prezidentinin  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərdə yaşayışın bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, hər iki kənddə müasir infrastruktur yaradılıb, sakinlərin sosial rifahının yüksəldilməsi və məşğulluğunun təmin olunması üçün zəruri şərait formalaşdırılıb.

Qeyd olunub ki, Seyidbəyli və Təzəbinə kəndlərində bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir, yaşayış evləri ilə yanaşı, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yol infrastrukturu istifadəyə verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır