Modern.az

32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilirmiş? - Rəsmi cavab

32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilirmiş? - Rəsmi cavab

Aktual

17 Dekabr 2025, 15:10

Daxil olan müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 22 ünvanında yerləşən 32 saylı bağçada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Modern.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı bağçada istifadə olunan ət məhsullarının həftəlik olaraq “Qubadoğlu” MMC-yə məxsus kəsimxanadan baytarlıq ekspertizasından keçirilərək müvafiq sənədlər əsasında gətirildiyi, qida məhsullarının “El-Oba” MMC tərəfindən təmin olunduğu, ümumi nəzarətin isə “Depot” MMC tərəfindən həyata keçirildiyi məlum olub.

Eyni zamanda qida blokuna baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib.

Qeyd edək ki, 32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirildiyi ilə bağlı iddialar yayılmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır