Modern.az

Ermənistanda Xarici Əks-Kəşfiyyat Xidməti yaradılır

Ermənistanda Xarici Əks-Kəşfiyyat Xidməti yaradılır

Dünya

17 Dekabr 2025, 14:46

Ermənistanda Xarici Əks-kəşfiyyat Xidmətinin yaradılması təsdiqlənib.

Modern.az xəbər verir ki, deputatlar "Milli Təhlükəsizlik Orqanları haqqında" Qanuna dəyişiklikləri qəbul edib.

Layihə, Xarici Kəşfiyyat Xidməti (2022-ci ilin dekabrında yaradılmış) və Milli Təhlükəsizlik Xidməti (MTX) arasında funksiyaların bölünməsi səbəbindən qəbul edilib.

Xarici Əks-kəşfiyyat Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində yaradılacaq və əsas vəzifələri Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...