Modern.az

Əli Kərimli DTX təcridxanasında xanımı ilə görüşdü

Əli Kərimli DTX təcridxanasında xanımı ilə görüşdü

Aktual

17 Dekabr 2025, 18:01

AXCP sədri Əli Kərimli saxlandığı DTX təcridxanasında həyat yoldaşı Samara Seyidova ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə AXCP-nin məlumatında bildirilib.

“Əli Kərimli onun həbsini diqqətdə saxlayan və maraqlanan hər kəsə salam göndərib”, - məlumatda deyilir.

Qeyd edilib ki, AXCP sədri ona qarşı açılan cinayət işinini qəbul etmədiyindən ifadə verməkdən imtina edib.

“Heç nə bilmədiyim iş haqqında hansı ifadəni verə bilərəm?”, - o deyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır