Modern.az

Məşhur diktor vəfat etdi

Məşhur diktor vəfat etdi

Dünya

3 Fevral 2026, 17:31

Sovet televiziya aparıcısı və Mərkəzi Televiziyanın diktoru, KVN-nin ilk aparıcısı Svetlana Jiltsova 89 yaşında vəfat etdi.

Modern.az xəbər verir ki, bu haqda onun həmkarı, televiziya aparıcısı Andrey Malaxov Telegram kanalında yazıb.

"Bir əfsanə dünyasını dəyişdi: Svetlana Jiltsova bir dövrün səsi və siması, Mərkəzi Televiziyanın ən tanınan diktorlarından biri", - deyə o bildirib.

O, "Gecəniz xeyirə qalsın, balaca uşaqlar!", "Zəngli saat" və "İlin mahnısı" kimi ən yüksək reytinqli verilişlərin diktoru kimi çalışıb. Jiltsova sovet televiziya aparıcısının təcəssümü hesab olunurdu.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı