Modern.az

Avtoxuliqanlıq edən sürücü həbs edildi

Avtoxuliqanlıq edən sürücü həbs edildi

Aktual

19 Dekabr 2025, 11:08

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Modern.az-ın məlumatına görə, rayonda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır