Modern.az

Pirotexniki vasitələr satan şəxslər tutuldu

Pirotexniki vasitələr satan şəxslər tutuldu

Aktual

19 Dekabr 2025, 11:52

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Modern.az xəbər verir ki, keçirilən tədbirlər zamanı rayon sakinləri E. Mədətov, T. Kərimova və Z. Babayevadan külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müavfiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək