Bu gün Ali Məhkəmədə Milli Şuranın üzvü Tofiq Yaqublunun şikayətinə baxılıb.
Modern.az xəbər verir ki, T.Yaqublunun şikayəti üzrə iş Ali Məhkəmənin hakimi İlqar Qılıcovun icraatına verilib.
Bu barədə məlumatı T.Yaqublunun qızı Nigar Həzi ictimailəşdirib.
O bildirib ki, bugünkü prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən vəsatətin təmin edilməməsini istəyib.
Hakim İlqar Qılıcov müşavirə üçün vaxt lazım olduğunu əsas gətirərək, məhkəmə tarixini növbəti günlərə təyin edəcəyini deyib.
Apelliyasi Məhkəməsinin T.Yaqublu barəsindəki qərarından təxminən 6 ay keçir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum ediliblər.Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.