Modern.az

Azərbaycandan göndərilən neft məhsulları Ermənistana çatdı - GÖRÜNTÜLƏR

Azərbaycandan göndərilən neft məhsulları Ermənistana çatdı - GÖRÜNTÜLƏR

Aktual

20 Dekabr 2025, 17:20

Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənistana çatmasının görüntüləri yayılıb.

Modern.az xəbər verir ki, dekabrın 18-də SOCAR tərəfindən ilk dəfə olaraq Ermənistana yerli neft məhsulu göndərilib.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Gürcüstandan keçməklə dekabrın 19-da Ermənistana çatdırılıb.

Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır