Modern.az

Vergi orqanlarında işləmək istəyənlər imtahan verdilər

Vergi orqanlarında işləmək istəyənlər imtahan verdilər

Aktual

21 Dekabr 2025, 16:17

Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2025-ci il dekabrın 21-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

Bu barədə Modern.az-a DİM-dən bildirilib.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

 

İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

 

Dekabrın 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

 

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır