Modern.az

Zəngilanın Məmmədbəyli kəndinə daha 29 ailə köçdü

Zəngilanın Məmmədbəyli kəndinə daha 29 ailə köçdü

Aktual

25 Dekabr 2025, 14:34

Dekabrın 25-də doğma yurduna yola salınan köç karvanı Məmmədbəyli kəndinə çatıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə 147 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır