Modern.az

Azərbaycan italiyalı hərbçiyə “Dənizçi kortiki” bağışladı - VİDEO

Azərbaycan italiyalı hərbçiyə “Dənizçi kortiki” bağışladı - VİDEO

Aktual

25 Dekabr 2025, 20:02

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin hərbi təhsil sahəsində əlaqələri uğurla davam etdirilir. 

 

Modern.az xəbər verir ki, “Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”na uyğun olaraq, hər iki ölkənin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim edilir.

 

Bu çərçivədə Azərbaycan Respublikasının İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən leytenant Guglielmo De Simoneyə Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki”ni təqdim edib.

Niyyət Protokolunun müddəalarına əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya Respublikasının ölkəmizdəki Hərbi Attaşesi tərəfindən İtaliya HDQ-nin Baş Qərargah rəisi adından imzalanmış sertifikatla birlikdə “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır