Modern.az

Nazirliyin tabeliyindəki şirkətin rəhbərliyi dəyişdi

Nazirliyin tabeliyindəki şirkətin rəhbərliyi dəyişdi

Aktual

27 Dekabr 2025, 14:28

Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" MMC-nin qanuni təmsilçisi dəyişib.

Modern.az xəbər verir ki, şirkətə rəhbərlik edən Rafiq Vəliyevi Elçin Həsənzadə əvəz edib.

"Əsaslı Tikinti və Təchizat" 2023-cü ilin mart ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1 %-i, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 %-i həddində müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi