Modern.az

Bu küçədə hərəkət zolaqları 3-ə çatdırıldı

Bu küçədə hərəkət zolaqları 3-ə çatdırıldı

Aktual

27 Dekabr 2025, 15:05

Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub.

Modern.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb.

Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb, hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi