Modern.az

Şəhid övladları üçün Yeni il şənliyi keçirilib - FOTOLAR

Şəhid övladları üçün Yeni il şənliyi keçirilib - FOTOLAR

Aktual

29 Dekabr 2025, 17:54

Şəhid övladları üçün Yeni il şənliyi keçirilib!

Modern.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 50 azyaşlı şəhid övladı üçün Yeni il şənliyi keçirilib.

Animatorlar, Şaxta Baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik azyaşlı şəhid övladları tərəfindən maraqla qarşılanıb. Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb. 

Tədbirin sonunda uşaqlara hədiyyələr paylanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi