Modern.az

Milli Qəhrəmanın nəşi Azərbaycana GƏTİRİLƏCƏK

Milli Qəhrəmanın nəşi Azərbaycana GƏTİRİLƏCƏK

Ölkə

29 Dekabr 2025, 18:56

İsveçin Malmö şəhərində vəfat edən Azərbaycan  Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək.

Bu barədə Modern.az-a açıqlamasında Milli Qəhrəmanın oğlu Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, bunun üçün artıq Azərbaycanın İsveçdəki səfirliyinə müraciət ediblər:

“Atamın nəşinin Bakıya aparılmasını planlaşdırıq. Artıq bu barədə səfirliklə əlaqə saxlamışıq. Sağ olsunlar, çox kömək olurlar. Atamın harada dəfn olunacağı isə hələlik məlum deyil. Çünki biz Azərbaycanda yaşamırdıq”.

Xatırladaq ki əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçmüşdü.

İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?