Modern.az

Həbsdə olan sabiq icra başçısı AZADLIĞA ÇIXDI

Həbsdə olan sabiq icra başçısı AZADLIĞA ÇIXDI

Aktual

30 Dekabr 2025, 16:58

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ