Modern.az

“Azərenerji” elektrik xəttinə 24,6 milyon ayırdı

“Azərenerji” elektrik xəttinə 24,6 milyon ayırdı

Aktual

30 Dekabr 2025, 17:03

330 kV-luq "Ağbənd-Ordubad" elektrik verilişi xəttinin (EVX) çəkilişinə və metal dayaqların satın alınmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Bu barədə Modern.az “Azərenerji” ASC-dən məlumat əldə edib.

Məlumata görə, “Azərenerji” metal dayaqları Türkiyənin “Mitaş Endüstri Sanayi Tic.A.Ş” şirkətindən alır. Bununla bağlı 6.516 milyon manat dəyərində müqavilə bağlanılıb.

Bundan əlavə, “Azərenerji” 330 kV-luq "Ağbənd-Ordubad" elektrik verilişi xəttinin çəkilişini isə "Azenco" şirkətinə həvalə edib və onunla isə 18.1 milyon manat dəyərində müqavilə imzalayıb.(Mənbə: iqtisadiyyat.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ