Modern.az

Azercell yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir

Azercell yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir

Aktual

30 Dekabr 2025, 17:10

Yeni format abunəçilərə daha çox şans və hədiyyə qazanmaq imkanı yaradır

Lider mobil operator “Hədiyyə çarxı” kampaniyasını yenilənmiş formatda istifadəyə verib. Yeni format çərçivəsində abunəçilər həftədə bir dəfə kampaniyada ödənişsiz iştirak edə bilərlər.

Kampaniya çərçivəsində “iPhone” və digər smartfonlar, ağıllı saatlar, modemlər və müxtəlif cihazlar, eləcə də dəqiqələr və internet paketləri daxil olmaqla geniş çeşiddə hədiyyələr təqdim olunur.

Kampaniyada nömrələri ikitərəfli açıq olan bütün Azercell abunəçiləri iştirak edə bilər. Azercell-ə yeni qoşulan abunəçilər isə çarxı növbəti həftədən etibarən çevirə biləcəklər.

Kampaniyadan yararlanmaq üçün abunəçilərin “Azercell” mobil tətbiqində “Üstünlüklər” bölməsinə daxil olaraq “Hədiyyə çarxı”na qoşulması kifayətdir.

Ətraflı məlumat üçün: "Hədiyyə Çarxı" kampaniyası | Azercell

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ